Mənzil İnşaatı Dövlət Agentliyi Sumqayıt layihəsində mənzilin güzəştlə satışı barədə elan dərc edib.
FED.az-ın məlumatına görə satışa 1 ədəd 3 otaqlı mənzil çıxarılıb.
Satışa çıxarılmış mənzilin qiyməti 63 325 manatdır.
Sumqayıt layihəsində üzrə mənzilə illik faiz dərəcəsi 4% təşkil edir. İlkin minimal ödəniş 10%-dir. Ödəniş müddəti isə 3-30 il arası təşkil edir. Aylıq ödəniş şərtləri 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti alındıqda 3 otaqlı mənzil üçün 272 manat olacaq.
Əlavə endirim məbləği 6 332 manatdır.