Mənzil İnşaatı Dövlət Agentliyi Gəncə Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan dərc edib.
FED.az-ın məlumatına görə ümumilikdə 34 ədəd mənzil satışa çıxarılıb.
Satışa çıxarlmış mənzillərin ikisi studio və 3 otaqlı, iki mənzil 2 otaqlı, bir mənzil 3-4 otaqlı və bir mənzil 3 otaqlıdır. Gəncə Yaşayış Kompleksi üzrə:
Studio tipli mənzillərin qiyməti – 29 623 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 47 940 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 61 668 manatdan,
4 otaqlı mənzillərin qiyməti – 81 685 manatdan başlayır.
Gəncə Yaşayış Kompleksi üzrə mənzillərə illik faiz dərəcəsi 4% təşkil edir. İlkin minimal ödəniş 10%-dir. Ödəniş müddəti isə 3-30 il arası təşkil edir. Aylıq ödəniş şərtləri 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti alındıqda studio tipli mənzillərdə 128 manat, 2 otaqlı mənzillərdə 206-208 manat, 3 otaqlılarda 265-278 manat, 4 otaqlı mənzillərdə isə 351-353 manat olacaq.
Studio tipli mənzillərə əlavə endirim məbləği 2 962 manat, 2 otaqlı mənzillərdə 4 794 manat, 3 otaqlılarda 6 167 manat, 4 otaqlılarda isə 8 168 manatdır.