Rusiyada miqrantlara mənzillərin kirayə verilmə qaydaları sərtləşdirilə bilər.
Rusiyada yaşayış icazəsi qaydası dəyişir – MİQRANTLARIN DEPORTASİYASI BAŞLAYIR
FED.az xəbər verir ki, bu barədə Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskinin rəhbərlik etdiyi bir qrup deputatın hazırladığı qanun layihəsində deyilir.
“Biz Rusiya Federasiyasının Mülki Məcəlləsinə Belarus Respublikası vətəndaşları istisna olmaqla, miqrantlar tərəfindən yaşayış binalarındakı mənzillərin kirayəsi ilə bağlı tələbləri sərtləşdirən bir sıra düzəlişlər hazırlamışıq”, -deyə rusiyalı siyasətçi qeyd edib.
Sənədə əsasən, əcnəbilər artıq yaşayış evi ilə bağlı kirayə müqaviləsi bağlamağa məcbur olacaq. Belə bir müqavilənin maksimum müddəti bir ildən çox ola bilməz. Bundan başqa, müqavilədə onun müddəti göstərilməyibsə, o da bir il müddətinə bağlanmış sayılır. Təşəbbüs müəllifləri qeyd edib ki, belə bir razılaşmanın müddəti hazırda beş ilə çata bilər. (Report)