Finlandiya Avropa məkanında ilk dəfə olaraq, Rusiya vətəndaşlarının bu ölkədə əmlak almasına qadağa qoyub.
Eləcə də bax: Avropada mənzillərin qiyməti - BAHALAŞIB
FED.az xəbər verir ki, Finlandiyanın Müdafiə Nazirliyi bu barədə qərar qəbul edərkən Avropa İttifaqı və ya Avropa İqtisadi Zonası ölkələrinin vətəndaşı olmayan şəxslərin daşınmaz əmlak almaq məqsədilə icazə üçün müraciət etmələri barədə qanunu rəhbər tutur.
Qanunun qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bəri Avropa İttifaqına və ya Avropa İqtisadi Zonasına daxil olmayan ölkələrin vətəndaşları Finlandiyada daşınmaz əmlak almaq üçün 1823 müraciət edib və onların hər biri səlahiyyətli orqanlar tərəfindən təsdiqlənib.
İlk imtina oktyabrın 5-də Kotka şəhərində ev almaq istəyən Rusiya vətəndaşına qarşı edilib. Nazirlik bunu rusiyalının ərizəsində kifayət qədər məlumat verməməsi ilə əsaslandırıb. (Azərtac)