Avropa İttifaqına (Aİ) üzv ölkələrdə mənzillərin qiymətində artım müşahidə olunur.
FED.az xəbər verir ki, bu barədə Avropa Statistika Bürosu (“Eurostat”) məlumat yayıb.
Bildirilib ki, cari ilin ikinci rübündə Aİ-də mənzillərin qiyməti əvvəlki rüblə müqayisədə 2,3 faiz, keçən ilin müvafiq dövrünə nisbətən 9,9 faiz artıb. Avrozonada mənzil qiymətləri əvvəlki rübə görə 2,3 faiz, illik müqayisədə isə 9,3 faiz bahalaşıb.
Eləcə də bax: Britaniyalılar istilik sistemindən - İMTİNA EDİR
Hesabat dövründə heç bir Aİ ölkəsində mənzil qiymətləri ucuzlaşmayıb.
Qeyd edək ki, İtaliyada mənzillərin qiyməti illik müqayisədə 5,2 faiz artıb. (Azərtac)