Ölkəmizdə qəbul edilmiş fərmanlarda sahibkarların daha aktiv iştirak etməsini xahiş edirik.
FED.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov bu gün keçirilən "Sahibkarlar Günü"nə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı" konfransında bildirib.
Gömrük-biznes münasibətlərini idarə etmək üçün xüsusi məhkəmə təsisatları yaradılmalıdır
"Xüsusilə qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin istismara verilməsi icazəsi haqqında cənab prezident İlham Əliyevin fərmanı var. Orada sahibkarların qeyri-yaşayış təyinatlı tikinti obyektləri üçün sadələşdirilmiş icazə proseduru nəzərdə tutulur. Müraciət sayları azdır. Ola bilər kimsə bu mexanizm haqqında eşitməyib ama mən sahibkarlara üzümü tutub demək istəyirəm ki, bu fərman faktiki olaraq qeyri-yaşayış sahələrində tikinti amnistiyası elan edir. Sahibkarlar bu fürsətdən istifadə edərək daha aktiv iştirak etməyə çağırıram" - deyə Gündüz Kərimov sahibkarlara çağırış edib.
Dövlət orqanları ilə sahibkarlar arasında mübahisələrdən danışan G.Kərimov yeni məhkəmələrin yaradılması haqqında danışıb, onun sözlərinə görə : "
Xüsüsilə pandemiyadan sonra dövlət orqanları ilə sahibkarlar arasında mübahisələrin sayı artmışdır.
Bu gün inzibati məhkəmələrin yükü getdikcə artır, iş yükü bilirik ki, keyfiyyətə təsir edir və bununla bağlı xüsüsilə də ixtisaslaşmış məhkəmələrin yaradılması nəzərdən keçirilməlidir.
İnzibati məhkəmələrdə işlərin hardasa 40%-i vergi, sosial ödənişlər və gömrük mübahisələri təşkil edir və bunun yükünün azaldılması üçün ola bilər ki, yeni bir ixtisaslaşmış vergi, sosial ödənişlər və gömrük mübahisələri üçün yeni məhkəmənin yaradılması müzakirə keçirilə bilər. Bu sahədə də sahibkarların rolu və fikirləri çox vacibdir. "