Göygöl rayonunun “Üçtəpə-Qızılqaya” qranit yatağının 2,14 hektar sahəsi "NB SERAMİC" MMC-nin istifadəsinə verilib.
Eləcə də bax: Azərbaycanın 5 yatağı satıldı – Bu Şirkətlər Qalib Oldu - SİYAHI
FED.az xəbər verir ki, Göygöl rayonunun “Üçtəpə-Qızılqaya” qranit yatağının 2,14 hektar sahəsi hərraca çıxarılıb. “Üçtəpə-Qızılqaya” qranit yatağı üzrə qalib "NB SERAMİC" MMC şirkəti olub.
Qeyd edək ki, "NB SERAMİC" MMC Gəncədəki zavodunda seramik piltələr istehsal edir. Şirkət "NB Holdinq" ASC-yə daxildir. (Marja)