17 sentyabr 2025-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Günaybank” ASC-yə məxsus daşınmaz əmlak açıq hərracda satışa çıxarılacaq.
Müflis olmuş bank əmlakları hərraca çıxarılır - QİYMƏTLƏR
FED.az xəbər verir ki,hərraca çıxarılan əmlak Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 3a ünvanında yerləşir. Ümumi sahəsi 270,6 kv.m olan bu qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 800 000 manat olaraq müəyyən edilib.
İştirakçılar hərraca qatılmaq üçün satış qiymətinin 5%-i həcmində behi hərrac təşkilatına ödəməlidirlər ki, bu da 40 000 manat təşkil edir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Xatırladaq ki, hərraca çıxarılan əmlakın yerləşdiyi ünvanda əvvəllər "Günay Sığorta" ASC-nin baş ofisi yerləşirdi.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.
Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67