27 avqust 2025-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə hərrac keçiriləcək.
Bu zavod səhmlərini əməkdaşlarına güzəştlə satacaq - DETALLAR
FED.az xəbər verir ki, hərraca Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Texnikabank” ASC-nin balansındakı üç daşınmaz əmlak çıxarılacaq.
Satışa çıxarılan əmlaklardan birincisi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A, blok B, 16-cı mərtəbə, qapı 1 ünvanında yerləşir. Ümumi sahəsi 270,9 kv.m olan bu qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 542 000 manatdır. Hərracda iştirak üçün tələb olunan beh məbləği 27 100 manat təşkil edir.
İkinci əmlak eyni ünvanda (Babək prospekti, 12A, C bloku, 3-cü mərtəbə, qapı-4 ünvanında) yerləşir. Ümumi sahəsi 252,6 kv.m olan qeyri-yaşayış sahəsi (4 saylı sahə) 525 000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılır. Bu obyekt üzrə beh məbləği 26 250 manatdır.
Üçüncü obyekt isə C blokunun 4-cü mərtəbəsində, qapı-4 ünvanında yerləşir. Ümumi sahəsi 251,8 kv.m təşkil edən qeyri-yaşayış sahəsi (4 saylı sahə) 505 000 manat ilkin satış qiyməti ilə satışa təklif olunur. Hərracda iştirak üçün beh məbləği 25 250 manat müəyyən edilib.
Hər üç obyekt üzrə satışın qalibləri alış qiymətini 7 təqvim günü ərzində sifarişçinin hesabına köçürməlidirlər. Açıq hərracda iştirak etmək istəyən şəxslərdən fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsi, hüquqi şəxslər üçün isə təsis sənədləri tələb olunur.
Müraciət və əlavə məlumat üçün ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 27 (“AVİS” aptekin arxası).
Əlaqə telefonu: 055-206-66-67.