Yaşayış evlərinin qlobal onlayn xidməti olan "Airbnb" Rusiya və Belarusdakı istifadəçilərini bron etmək hüququndan məhrum edərək sözügedən ölkələrdə fəaliyyətini dayandırıb.
Eləcə də bax: Daha bir Avropa ölkəsi Rusiya qazını - RUBLLA ALACAQ
FED.az xəbər verir ki, Rusiya və Belarusda yaşayış yerlərinin icarəsi dayandırılıb və həmin ölkələrdən gələn qonaqlar da artıq başqa heç bir yerdə bron edə bilməyəcəklər.
Qeyd edilir ki, aprelin 4-dən başlayaraq "Airbnb" üzərindən Rusiya və Belarusdakı bronlar bütövlüklə ləğv olunub. (Apa)