Slovakiyanın İqtisadiyyat Nazirliyinin rəhbəri Riçard Sulik bildirib ki, ölkəyə qaz nəqlini dayandırmaq olmaz.
Eləcə də bax: Putin dost olmayan ölkələrə qazın rublla satışı barədə - FƏRMANI İMZALADI
FED.az Banker.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Rusiya ödənişi rublla etməyi tələb etsə, o bu tələbi yerinə yetirməli olacaq. Sulik xatırladıb ki, Slovakiya ehtiyac olduğu qazın təxminən 85%-ni Rusiyadan alır.
“Qaz təchizatı dayandırıla bilməz. Ona görə deyirəm, baxmayaraq ki, bəziləri üçün bu çox praqmatik ola bilər. Əgər rublla ödəmə şərti varsa, o halda rublla ödəyəcəyik. Mən bu məsələdə Avropa İttifaqı daxilində birgə hərəkət etməyimiz və ümumi həll yolu axtarmağımızı müdafiə edirəm. Amma bizim qazımız kəsilə bilməz”, – deyə nazir bildirib.
Xatırladaq ki, mart ayında Rusiya Prezidenti Vladimir Putin “dost olmayan ölkələr”lə qaz müqavilələrinin rublla ödənişlərə keçirilməsi barədə göstəriş verib.