Bu ilin yanvar-oktyabr ayları ərzində keçirilən 49 hərracda 9 səhmdar cəmiyyətinin səhm paketi, 14 kiçik dövlət müəssisəsi, 3 yarımçıq tikili sahəsi, 443 nəqliyyat vasitəsi özəlləşdirilib.
Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı - 44% ARTIB
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, hesabat dövründə hərraca çıxarılan dövlət əmlakı üzrə 275 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 59 onlayn qoşulma reallaşıb.
Özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 104 milyon manata yaxın olub ki, bu da ötən ilin yanvar-oktyabr aylarının göstəricisi ilə müqayisədə 1,4 dəfə çoxdur.