İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilən daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində müsbət dinamika müşahidə olunur.
Azərbaycanda ən çox girov qoyulan əmlakların - ADLARI MƏLUM OLUB
FED.az xəbər verir ki, Dövlət Xidmətinin məlumatına əsasən, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 373.647 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 43,8% çoxdur. 2023-cü ilin 9 ayı üzrə göstəricinin 58.314-ü (15,6%) ilkin, 315.333-ü (84,4%) isə təkrar qeydiyyatın payına düşür.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 40.205-i fərdi yaşayış və bağ evi, 72.566-sı mənzil, 252.405-i torpaq sahəsi, 2.374-ü qeyri-yaşayış binası, 5.487-si qeyri-yaşayış sahəsi, 531-i əmlak kompleksi, 79-u isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 76.359-u Bakının, qalanı isə bölgələrin payına düşür.