Cari ilin yanvar-avqust ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 89,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Xüsusi müsadirə edilmiş 25.9 milyon manatlıq əmlak - HƏRRACA ÇIXARILIR
Əmlak Məsələləri Dövlət Xidmətindən FED.az-a verilən məlumata görə, hesabat dövründə 2161 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 541-i qeyri-yaşayış, 1 620-si isə torpaq sahələrinə dair olub.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən bu ilin 8 ayı ərzində dövlət büdcəsinə 21,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub. İcarədən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə artıb.
Beləliklə, 2023-cü ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 111 milyon manat vəsait daxil olub.