Cari ilin 9 ayı ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 1 saylı Bakı və 4 saylı Abşeron ərazi idarələri tamamlayır.
Eləcə də bax: Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar açıqlanıb - SİYAHI
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinindən bildirilib.
Qeyd edilib ki, torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (156 müqavilə) və 15 saylı Tovuz (170 müqavilə) ərazi idarələridir.
Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr
Sıra № |
Ərazi İdarələri |
İpoteka müqaviləsinin sayı |
Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. |
5 saylı Xaçmaz Ərazi İdarəsi |
1529 |
17.1% |
2. |
1 saylı Bakı Ərazi İdarəsi |
1440 |
16.1% |
3. |
4 saylı Abşeron Ərazi İdarəsi |
1070 |
12.0% |
4. |
3 saylı Gəncə Ərazi İdarəsi |
524 |
5.9% |
5. |
2 saylı Sumqayıt Ərazi İdarəsi |
471 |
5.3% |
6. |
11 saylı Şəmkir Ərazi İdarəsi |
446 |
5.0% |
Ölkə üzrə |
8946 |
100% |
(Trend)