Ölkəmizdə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir. Belə ki, vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər.
2022-ci ilin 9 ayı ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur.
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinindən bildirilib.
Qeyd edilib ki, ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur.
Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin dislokasiyalarında yerləşir.
Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr
Sıra № |
Ərazi İdarələri |
İpoteka müqaviləsinin sayı |
Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. |
1 saylı Bakı Ərazi İdarəsi |
2220 |
28.0% |
2. |
4 saylı Abşeron Ərazi İdarəsi |
1114 |
14.0% |
3. |
3 saylı Gəncə Ərazi İdarəsi |
738 |
9.3% |
4. |
5 saylı Xaçmaz Ərazi İdarəsi |
542 |
6.8% |
5. |
7 saylı Bərdə Ərazi İdarəsi |
432 |
5.4% |
6. |
10 saylı Lənkəran Ərazi İdarəsi |
334 |
4.2% |
Ölkə üzrə |
7931 |
100% |
(Trend)