Əldə olunan rəsmi statistik göstəricilərə əsasən, 2025-ci ilin birinci rübündə mənzil bazarında qiymətlərdə artım müşahidə olunub. Belə ki, 2024-cü ilin dördüncü rübü ilə müqayisədə mənzil bazarında qiymət indeksi 4,4 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 14,4 faiz artıb.
Azərbaycanda minik avtomobil istehsalı 2 dəfədən çox artıb
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İlkin mənzil bazarında da qiymətlər yüksəlib. 2025-ci ilin yanvar-mart aylarında, əvvəlki rüblə müqayisədə 2 faiz, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 12,9 faiz artım qeydə alınıb.
Təkrar mənzil bazarında qiymət artımı daha nəzərəçarpacaq olub. Bu seqmentdə qiymət indeksi əvvəlki rüblə müqayisədə 4,5 faiz, ötən ilin yanvar-mart ayları ilə müqayisədə isə 14,4 faiz yüksəlib.