26 noyabr 2025-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə hərrac keçiriləcək.
Ləğv olunan banklardan qalan əmlaklar satışa çıxarılır - QİYMƏTLƏR
FED.az xəbər verir ki, hərraca Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Zaminbank” ASC-nin balansındakı daşınmaz əmlaklar açıq hərraca çıxarılacaq. Hərraca çıxarılan əmlaklar Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 145 ünvanında yerləşən qeyri-yaşayış sahələridir.
Hərraca çıxarılan ilk əmlak 80,30 m² ümumi sahəyə malikdir və onun ilkin satış qiyməti 190 000 manat təşkil edir. Bu əmlak üçün hərraca qatılmaq istəyənlər 5 faiz həcmində, yəni 9 500 manat beh ödəməlidirlər.
İkinci əmlak 143,40 m² sahəyə malikdir və ilkin satış qiyməti 326 000 manatdır. Bu halda beh məbləği 16 300 manat təşkil edir.
Üçüncü əmlak isə 216,30 m² ümumi sahəsi ilə diqqət çəkir və onun satış qiyməti 491 000 manatdır. 5 faiz beh məbləği isə 24 550 manatdır.
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.
Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67












