02 avqust 2024-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə hərrac keçiriləcək.
Ləğv prosesində olan 3 bankın əmlakları hərraca çıxarılır - QİYMƏTLƏR
FED.az xəbər verir ki, hərraca Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak çıxarılacaqdır.
Daşınmaz əmlak Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, blok B, 6-cı mərtəbə, qapı 1 ünvanında yerləşən ü/s 111,5 kv.m olan qeyri-yaşayış sahəsidir (1 saylı).
Daşınmaz əmlakın ilkin satış qiyməti 245 000 manatdır.
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.
Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67