“Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan 3 bankın əmlakları hərraca çıxarılacaq.
BOKT-a məxsus torpaq sahələri və ev - HƏRRACDA SATILIR - QİYMƏTLƏR
FED.az xəbər verir ki, hərrac 2 tarixdə 12 avqust və 1 avqust tarixlərində saat 11:00-da baş tutacaq.
12 avqust keçiriləcək hərraca QSC “Bank Standard” KB və “AGBank” ASC-nin 300 000 manatdan başlayan əmlakları hərraca çıxarılacaq.
Daha detallı :
№ |
LPO Bank |
Ünvan |
Əmlak |
Start qiyməti |
QSC “Bank Standard” KB |
Zaqatala şəhəri, Dədə Qorqud küçəsi 9 |
0.06 ha torpaq sahəsində yerləşən 678.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasıdır (Bank) |
485 000 AZN |
|
Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 261, b4 |
ümumi sahəsi 197 kv.m olan qeyri-yaşayış sahəsi |
450 000 AZN |
||
2 |
“AGBank” ASC |
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 106 |
320 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi |
300 000 AZN |
1 avqust tarixində isə "Muğanbank" ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.
Daşınmaz əmlak Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 19 ünvanında 0.0483 ha torpaq sahəsində yerləşən 198.62 kv.m ümumi sahədən ibarət bağ evidir.
Daşınmaz əmlakın ilkin satış qiyməti 70 000 manatdır.