17 sentyabr 2025-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan bankların balansındakı daşınmaz əmlaklar açıq hərraca çıxarılacaq.
Müflis olmuş bank əmlakları hərraca çıxarılır - QİYMƏTLƏR
FED.az xəbər verir ki, hərracda ümumilikdə 5 ədəd qeyri-yaşayış sahəsi satışa təqdim ediləcək.
Satışa çıxarılan ilk əmlak “Texnikabank” ASC-nin balansında olan obyekt olacaq. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A ünvanında, C blok, 3-cü mərtəbə, qapı 3-də yerləşən qeyri-yaşayış sahəsi 187,8 kvadratmetr ümumi sahəyə malikdir. Bu əmlakın ilkin satış qiyməti 394 000 manat, 5% beh məbləği isə 19 700 manat olaraq müəyyən edilib.
“Günaybank” ASC-nin balansında olan daşınmaz əmlak da hərraca çıxarılacaq. Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 3a ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 270,6 kvadratmetrdir. Əmlakın ilkin satış qiyməti 800 000 manat, beh məbləği isə 40 000 manat təşkil edir.
Hərracda həmçinin “Zaminbank” ASC-nin balansında olan üç daşınmaz əmlak təqdim olunacaq. Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında yerləşən ilk obyektin ümumi sahəsi 216,3 kvadratmetrdir. Bu əmlakın ilkin satış qiyməti 491 000 manat, beh məbləği isə 24 550 manatdır. İkinci obyekt həmin ünvanda yerləşən və 143,4 kvadratmetr sahədən ibarət qeyri-yaşayış sahəsidir. İlkin satış qiyməti 326 000 manat, beh məbləği 16 300 manat müəyyən edilib. Üçüncü obyekt isə yenə eyni ünvanda yerləşən 80,3 kvadratmetr sahəsi olan qeyri-yaşayış sahəsidir. Onun ilkin satış qiyməti isə 190 000 manat, beh məbləği isə 9 500 manat təşkil edir.
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.
Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67