04 mart 2026-cı il saat 11:00-da Bakı Hərrac Mərkəzində Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bir neçə bankın balansındakı daşınmaz və daşınar əmlaklar açıq hərraca çıxarılacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki “Atabank” ASC üzrə hərraca Şirvan şəhəri, Heydər Əliyev prospektində icarədə olan 0,55 ha torpaq sahəsində yerləşən 6A nömrəli, 2 girişli, ümumi sahəsi 314,7 kv.m (275,7 kv.m əsas, 39 kv.m köməkçi sahə) olan 2 mərtəbəli qeyri-yaşayış binası çıxarılır.
İlkin satış qiyməti – 430 000 manat.
“NBCBank” ASC
Daşınmaz əmlaklar 1 (bir) lot üzrə satışa çıxarılır:
-
Bakı şəhəri, Azadlıq prospekti 81 ünvanında yerləşən 263 kv.m qeyri-yaşayış sahəsi – 500 000 manat;
-
Eyni ünvanda yerləşən 281,2 kv.m qeyri-yaşayış sahəsi – 2 300 000 manat.
“Günaybank” ASC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 3a ünvanında yerləşən, ümumi sahəsi 270,6 kv.m olan qeyri-yaşayış sahəsi hərraca çıxarılır.
İlkin satış qiyməti – 800 000 manat.
“Muğanbank” ASC-yə məxsus 1999-cu il buraxılışlı, qeyri-işlək vəziyyətdə olan “FORD TRANSIT” markalı minik avtomobili çıxarılır.
İlkin satış qiyməti – 3 000 manat.
“Yunayted Kredit Bank” ASC
2005-ci il buraxılışlı, qeyri-işlək vəziyyətdə olan “QAZ 31105 120” markalı minik avtomobili satışa çıxarılır.
İlkin satış qiyməti – 1 500 manat.
Hərrac şərtlərinə əsasən, satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına köçürülməlidir.
Açıq hərracda iştirak etmək üçün fiziki şəxslər şəxsiyyət vəsiqəsini, hüquqi şəxslər isə təsis sənədlərini təqdim etməlidirlər.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 27 (“AVİS” aptekin arxası).
Tel: 055-206-66-67










