Rusiyaya qarşı tətbiq olunan sanksiyalar fonunda Latviya rusların dəyəri 100 mln. avrodan çox olan daşınmaz əmlakı və avtomobil parkı aktivlərini dondurub.
Eləcə də bax: Zelenskinin Krımdakı əmlakı milliləşdirilə bilər - FOTOLAR
FED.az xəbər verir ki, bu barədə LETA agentliyi ölkənin ədliyyə naziri Yanis Bordansa istinadən məlumat yayıb.
"Hazırda sanksiyalara görə rusiyalıların Latviyada dondurulan daşınmaz əmlak aktivinin dəyəri 100 mln. avronu ötür, lakin bu rəqəmin artacağı gözlənilir”, - Y. Bordans Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə bildirib.
Nazir qeyd edib ki, dondurulan avtomobil parkı aktivi də bir neçə mln. avro dəyərində qiymətləndirilir. Eyni zamanda, Y. Bordansın sözlərinə görə, hüquqi şəxslərin daha da dəyərli ola biləcək aktivləri haqqında məlumatlar hələ təqdim edilməyib. Bu aktivlərə Latviya dövlətinin “xüsusi şəkildə qayğı göstərməli olduğu” Latviya limanlarında müxtəlif təhlükəli yüklər də daxil ola bilər. (Apa)