Ukrayna Prezidenti Volodimir Zelenskinin Krımda olan əmlakı milliləşdirilə bilər.
Eləcə də bax: Kreml: "Krımı heç kimlə müzakirə etmək fikrimiz yoxdur"
FED.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
Məlumata görə, Zelenskinin Livadiya şəhər tipli qəsəbəsində olan mənzilləri də milliləşdirilməli olan əmlaklar siyahısına daxil ediləcək.
Bildirilir ki, burada söhbət Volodimir Zelenskinin həyat yoldaşı Yelena tərəfindən 2013-cü ildə Krım hələ Rusiyanın tərkibinə daxil olmadığı dövrdə Yalta bölgəsində alınan mənzildən gedir. Həmin daşınmaz əmlakın mövcudluğu barədə 2019-cu ildə Ukraynada seçkiqabağı kampaniya zamanı məlum olub. (Qafqazinfo)