Sentyabrın 18-də “Colliers Georgia” konsaltinq şirkəti Tbilisidə lüks mənzillərin satışında kəskin artım olduğunu bildirib.
Eləcə də bax: Ruslar Gürcüstana axışır, minlərlə mənzil alır – ŞİRKƏTLƏR YARADIRLAR
FED.az xəbər verir ki, təşkilatın mətbuat xidmətindən verilən xəbərə görə, bu göstərici il ərzində 153% artıb.
Qeyd olunur ki, Tbilisidə mənzil alqı-satqı əməliyyatlarının ümumi sayı ötən ilin avqust ayı ilə müqayisədə 26% artıb. Belə ki, 2022-ci ilin avqust ayında ümumilikdə 3689 əməliyyat həyata keçirilib.
Bununla yanaşı, bazarın həcmi 190 milyon dollara qədər artıb ki, bu da ötən illə müqayisədə 44% çoxdur.
Satışların sayında ən böyük artım yeni mənzillər sektorunda müşahidə olunur. Bu artım avqustda ötən ilin müvafiq dövrü ilə müqayisədə 35% təşkil edib.
Eyni zamanda, təkrar bazarda əməliyyatların sayı da 10% artıb.
Həmçinin, paytaxtda ötən ilin avqust ayı ilə müqayisədə mənzillərin orta qiyməti 12-13% yüksəlib. (Oxu.az)