İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.
FED.az xəbər verir ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı keçirilən növbəti hərracda Qaradağda yerləşən “Gülbaxt” və “Vulkan” əhəngdaşı yataqlarının müvafiq olaraq 3,86 hektar və 9,6 hektar sahəsi istifadəyə verilib.
“Gülbaxt” əhəngdaşı yatağı üzrə hərracın qalibləri Əliyev Rəsul Hənifə oğlu, "T.E.Q." MMC və Əliyev Əli Nəci oğludur.
“Vulkan” əhəngdaşı yatağı üzrə hərracın qalibləri "Elmir" Kiçik Müəssisəsi, Cabbarov Hidayət İslam oğlu və "RR-21" MMC-dir.
Qeyd edək ki, faydalı qazıntı yataqlarının istifadəsi üzrə növbəti hərrac 6 yanvar 2023-cü il tarixində keçiriləcək. Hərraca “Babazənən-III” gilcə yatağının 8 LOT üzrə 53 hektar sahəsi çıxarılacaq.
Hərracda istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı və qalibləri ilə şağıdakı cədvəldən tanış olmaq mümkündür: