Gəncə şəhəri, Daşkəsən, Göygöl və Samux rayonları üzrə ümumilikdə 151 479 hektar ərazidə torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb.
Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı - 44% ARTIB
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət XidmətindənFED.az-a verilən məlumata görə, kadastr uçotu işləri nəticəsində bələdiyyələrin, dövlət torpaqlarının sərhədləri müəyyənləşdirilib, bu şəhər və rayonlar üzrə 71 inzibati ərazi dairəsinin xəritələri hazırlanaraq Milli Məclisə təqdim edilib.
Ötən il və bu ilin yanvar-oktyabr ayları ərzində qeyd olunan rayonlarda Dövlət Xidməti tərəfindən aparılan monitorinqlərin, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, qanunvericiliyinin tələbləri pozulmaqla torpaqlar əkin dövriyyəsindən çıxarılır və münbit qatı korlanır, yararlı əkin, örüş və otlaq sahələri qeyri-kənd təsərrüfatı məqsədləri üçün əsassız olaraq verilir və ya zəbt edilir. Ümumilikdə, 2022-ci il və 2023-cü ilin 10 ayı ərzində Əmlak Məsələləri Dövlət Xidmətinin qeyd edilən rayonlarda monitorinqləri zamanı torpaq qanunvericiliyinin pozulması ilə bağlı 371 fakt aşkar edilərək sənədləşdirilib. Bu dövrdə torpaq qanunvericiliyinin pozulması hallarına dair müvafiq torpaq istifadəçiləri barədə 146 inzibati protokol tərtib edilib.