“Güzəştli ipoteka üçün dövlət büdcəsindən ayrılan vəsait artırılıb”.
Eləcə də bax: Nazirlər Kabineti ipoteka üzrə borcalanın gəlirinin hesablanması qaydasını - DƏYİŞİB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, Fondda bu illər ərzində 640 milyon manat portfel formalaşıb: “İpoteka Kredit Fondunda kifayət qədər vəsait var. Başqa dövlətlərdə bu Fondların fəaliyyəti başqa cür qurulur, onlar daxili istiqrazlar buraxırlar. Ölkəmizdə faiz dərəcələrinin hələ də kifayət qədər yüksək olduğunu nəzərə alaraq, həmin Fond tərəfindən istiqrazların buraxılmasından əldə edilən vəsait dövlət büdcəsindən verilən vəsaitdən kifayət qədər yüksəkdir”.