2023-cü il ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə də paytaxt Bakı ilk yeri tutur.
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Belə ki, bölgələrdə fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin əhatə etdiyi rayonlardadır.
Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazi idarələri
Sıra № |
Ərazi İdarələri |
İpoteka müqaviləsinin sayı |
Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. |
1 saylı Bakı Ərazi İdarəsi |
3447 |
29% |
2. |
4 saylı Abşeron Ərazi İdarəsi |
1915 |
16.1% |
3. |
3 saylı Gəncə Ərazi İdarəsi |
1031 |
8.7% |
4. |
5 saylı Xaçmaz Ərazi İdarəsi |
652 |
5.5% |
5. |
7 saylı Bərdə Ərazi İdarəsi |
620 |
5.2% |
6. |
10 saylı Lənkəran Ərazi İdarəsi |
463 |
3.9% |