2023-cü il ərzində Bakıda 42 484 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 52%-ni təşkil edir.
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Bakıdan sonra ipotekanın ən çox dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (10894 müqavilə), 2 saylı Sumqayıt (4613 müqavilə), 5 saylı Xaçmaz (3878 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (3871 müqavilə) aparılıb. Bu, həmin bölgələrdəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi də qiymətləndirilə bilər.
İpoteka müqavilələrinin sayına görə ərazi idarələri
Sıra № |
Ərazi idarələri |
İpoteka müqaviləsinin ümumi sayı |
Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. |
1 saylı Bakı Ərazi İdarəsi |
42 484 |
52.0% |
2. |
4 saylı Abşeron Ərazi İdarəsi |
10 894 |
13.3% |
3. |
2 saylı Sumqayıt Ərazi İdarəsi |
4 613 |
5.6% |
4. |
5 saylı Xaçmaz Ərazi İdarəsi |
3 878 |
4.7% |
5. |
3 saylı Gəncə Ərazi İdarəsi |
3 871 |
4.7% |
6. |
9 saylı Qəbələ Ərazi İdarəsi |
1 823 |
2.2% |
7. |
17 saylı Yevlax Ərazi İdarəsi |
1 692 |
2.1% |
8. |
7 saylı Bərdə Ərazi İdarəsi |
1 680 |
2.1% |
9. |
13 saylı Şirvan Ərazi İdarəsi |
1 506 |
1.8% |
10. |
14 saylı Şamaxı Ərazi İdarəsi |
1493 |
1.8% |
11. |
11 saylı Şəmkir Ərazi İdarəsi |
1 192 |
1.5% |
12. |
10 saylı Lənkəran Ərazi İdarəsi |
1 191 |
1.5% |
13. |
6 saylı Beyləqan Ərazi İdarəsi |
1 162 |
1.4% |
14. |
12 saylı Şəki Ərazi İdarəsi |
1 082 |
1.3% |
15. |
15 saylı Tovuz Ərazi İdarəsi |
1 020 |
1.2% |
16. |
8 saylı Cəlilabad Ərazi İdarəsi |
845 |
1.0% |
17. |
16 saylı Ucar Ərazi İdarəsi |
678 |
0.8% |
18. |
18 saylı Zaqatala Ərazi İdarəsi |
658 |
0.8% |
Ölkə üzrə |
81 762 | 100.0% |