Fərdi yaşayış və bağ evləri bazarında qiymət artımı və qeydiyyatda yüksəliş müşahidə olunub.
Kvadratmetrlər azalır, bahalaşma davam edir - DETALLAR
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankının (ABB) “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı hesabatında qeyd olunub.
2024-cü ildə fərdi yaşayış və bağ evləri üzrə mülkiyyət hüquqlarının qeydiyyatında artım müşahidə edilib. İlkin bazar üzrə qeydiyyat 20,2%, təkrar bazar üzrə isə 13,3% artıb. Eyni zamanda fərdi yaşayış evlərinin orta qiymətində də nəzərəçarpacaq bahalaşma baş verib. 2023-cü illə müqayisədə 2024-cü ildə bu tip evlərin dəyəri 14% artıb.
İlin əvvəlində qiymətlərdə müəyyən sabitlik müşahidə olunsa da, yay aylarında fərdi evlərə olan tələbin artması ilə qiymətlər də yüksəlib. 2024-cü ilin II rübündə müəyyən azalma baş versə də, ilin sonuna doğru ümumi qiymət artımı 2.5% təşkil edib. 2025-ci ilin I rübündə isə müşahidə dövrü üzrə ən yüksək qiymətlər qeydə alınıb.
Növbəti aylarda da qiymət artımı gözlənilir, çünki yay mövsümündə həyət evlərinə olan tələb ənənəvi olaraq artır.