Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 7 avqust 2025-ci il tarixində saat 11:00-da yer təkindən istifadə hüququnun verilməsi ilə bağlı hərrac keçiriləcək.
90 minə villa, 260 minə obyekt : Bank əmlakları satışda - ÜNVANLAR
FED.az xəbər verir ki, hərrac auksion formasında Bakı şəhərində yerləşən Əmlak Xidmətləri Məkanında (Xəlil Rza Ulutürk küçəsi 20) baş tutacaq.
Satışa çıxarılan sahələr Balakən və Oğuz rayonlarında yerləşir. Balakəndə Katexçay qum-çınqıl yatağı üzrə LOT-1 təqdim olunur. Bu sahənin faydalı qazıntı həcmi 17 250 kubmetr, sahəsi isə 1.15 hektardır. İstismar müddəti 10 aya qədər müəyyən olunub. Bu lot üzrə başlanğıc qiymət 1 725 manat, beh məbləği 172.5 manat, iştirak haqqı isə 540 manat təşkil edir.
Oğuz rayonunda yerləşən Muxas-Daşağılçay qum-çınqıl yatağı üzrə 4 fərqli LOT hərraca çıxarılıb. LOT-1 üzrə 60 000 kubmetr həcmi olan 3 hektar sahə, LOT-2 üzrə 70 000 kubmetr həcmi olan 3.5 hektar sahə, LOT-3 üzrə 90 000 kubmetr həcmi olan 4.5 hektar sahə, LOT-4 üzrə isə 100 000 kubmetr həcmi olan 5 hektarlıq sahə satışa təqdim olunacaq. Bu lotların başlanğıc qiymətləri müvafiq olaraq 6 000, 7 000, 9 000 və 10 000 manatdır. Hər birinin beh məbləği 10 faiz olmaqla 600, 700, 900 və 1 000 manat müəyyən olunub. Hər bir LOT üçün iştirak haqqı 540 manatdır.
Bundan əlavə, Oğuz rayonu ərazisində yerləşən Nic gil yatağı da hərraca çıxarılıb. LOT-1 üzrə təqdim edilən bu yataqda 161 000 kubmetr həcmində gil ehtiyatı və 3.5 hektar sahə təklif olunur. İstismar müddəti 10 aya qədərdir. Bu lotun başlanğıc qiyməti 16 100 manat, beh məbləği 1 610 manat, iştirak haqqı isə 540 manatdır.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə (ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31A, telefon: 012 597 01 68, daxili: 5022) müraciət edərək məlumat ala, beh və iştirak haqqını ödəməklə auksiona qoşula bilərlər.
Balakən rayonu “Katexçay” qum-çınqıl yatağı
N |
Yatağın adı |
LOT |
Həcmi |
Sahəsi |
Faydalı qazıntının növü |
İstismar müddəti |
Yatağın koordinatı |
Başlanğıc qiyməti (manatla) |
Beh məbləği (10%) (manatla) |
İştirak haqqı (manatla) |
1. |
Katexçay |
LOT-1 |
17 250 m3 |
1.15 ha |
Qum-çınqıl |
10 ayadək |
628380.00 4609204.00 |
1725 |
172.5 |
540 |
Oğuz rayonu “Muxas-Daşağılçay” qum-çınqıl yatağı
N |
Yatağın adı |
LOT |
Həcmi |
Sahəsi |
Faydalı qazıntının növü |
İstismar müddəti |
Yatağın koordinatı |
Başlanğıc qiyməti (manatla) |
Beh məbləği (10%) (manatla) |
İştirak haqqı (manatla) |
1. |
Muxas-Daşağılçay |
LOT-1 |
60 000 m3 |
3.0 ha |
Qum-çınqıl |
10 ayadək |
696696.82 4549687.19 |
6 000 |
600 |
540 |
2. |
Muxas-Daşağılçay |
LOT-2 |
70 000 m3 |
3.5 ha |
Qum-çınqıl |
10 ayadək |
696815.01 4550068.91 |
7 000 |
700 |
540 |
3. |
Muxas-Daşağılçay |
LOT-3 |
90 000 m3 |
4.5 ha |
Qum-çınqıl |
10 ayadək |
697133.67 4550082.99 |
9 000 |
900 |
540 |
4. |
Muxas-Daşağılçay |
LOT-4 |
100 000 m3 |
5.0 ha |
Qum-çınqıl |
10 ayadək |
699342.24 4554627.22 |
10 000 |
1000 |
540 |
Oğuz rayonu “Nic” gil yatağı
N |
Yatağın adı |
LOT |
Həcmi |
Sahəsi |
Faydalı qazıntının növü |
İstismar müddəti |
Yatağın koordinatı |
Başlanğıc qiyməti (manatla) |
Beh məbləği (10%) (manatla) |
İştirak haqqı (manatla) |
1. |
Nic |
LOT-1 |
161 000 m3 |
3.5 ha |
Gil |
10 ayadək |
718325.07 4532593.93 |
16 100 |
1610 |
540 |
Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.
Qeyd: Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər. (Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 A) tel: (012) 597 01 68 (dax:5022).