Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğvetmədə olan iki kommersiya bankına – “Royalbank” ASC və “Dəmirbank” ASC-yə məxsus daşınmaz əmlaklar Bakı Hərrac Mərkəzində keçiriləcək açıq hərraclarda satışa çıxarılır.
Qum, çınqıl və gil yataqları hərraca çıxarılır - QİYMƏTLƏR, ÜNVANLAR
FED.az xəbər verir ki, ilk hərrac 8 iyul 2025-ci il tarixində saat 11:00-da baş tutacaq. Bu dəfə satışa çıxarılan əmlak Sumqayıt şəhərində, Sənaye zonası, Metallurq küçəsində yerləşən qeyri-yaşayış binasıdır. Ümumi sahəsi 126.5 kv.m, torpaq sahəsi isə 0.01518 hektardır. Daşınmaz əmlakın ilkin satış qiyməti 260 000 manat olaraq müəyyən edilib. Hərracda iştirak etmək istəyən şəxslər satış qiymətinin 5%-i həcmində (13 000 manat) beh məbləğini hərrac təşkilatına ödəməli, alış qiymətini isə hərracdan sonra 7 təqvim günü ərzində sifarişçinin hesabına köçürməlidirlər.
Digər hərrac isə 16 iyul 2025-ci il saat 11:00-da keçiriləcək. Bu dəfə satışa çıxarılan əmlak Abşeron rayonu, Novxanı kəndi, Şəhid İlqar Abdullayev küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evidir. Ümumi sahəsi 190.85 kv.m olan ev 0.06 hektar torpaq sahəsində yerləşir. Bu əmlakın ilkin satış qiyməti 90 000 manatdır. Digər hərrac kimi, burada da iştirak üçün 5% beh (4 500 manat) ödənişi və alışın 7 gün ərzində tam ödənilməsi tələb olunur.
Hər iki hərracda iştirak etmək istəyən fiziki şəxslər şəxsiyyət vəsiqələrini, hüquqi şəxslər isə təsis sənədlərini təqdim etməlidirlər.
Əlavə məlumat və sənəd qəbulu üçün ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 27 (“AVİS” aptekin arxası). Əlaqə telefonu: 055-206-66-67.