Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 86,5% çox - 20,7 milyon manat vəsait köçürüb.
Azərbaycanda özəlləşdirilmiş müəssisələrdən - YALNIZ 30%-İ AKTİV FƏALİYYƏT GÖSTƏRİR
FED.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, 2 aylıq ödənişin 14,8 milyon manatı özəlləşdirmə (2,25 dəfə çox), 6,1 milyon manatı isə icarə (35,55 % çox) hesabına təmin edilib.
Hesabat dövründə Dövlət Xidməti 5 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 2 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 83 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 63 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 11 onlayn qoşulma reallaşıb.
Ötən 2 ayda 439 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 134-ü qeyri-yaşayış, 305-i isə torpaq sahələrinə aid olub. (Report)