Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 139,2 milyon manat vəsait köçürüb.
Azərbaycanda 1,8 milyon manata - GƏMİ SATIŞA ÇIXARILDI - ƏTRAFLI
FED.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,75 % çoxdur.
11 aylıq ödənişin 110 milyon manatı özəlləşdirmə, 29,2 milyon manatı isə icarə hesabına təmin edilib. Bunlar isə 1 il əvvələ nisbətən 26,2 % və 27 % çoxdur.
Hesabat dövründə Dövlət Xidməti 49 özəlləşdirmə hərracı (8,6 % az) keçirib. Həmin hərraclarda 9 səhmdar cəmiyyətinin (43,75 % az) səhm paketi, 14 kiçik dövlət müəssisəsi (7,7 % çox), 3 yarımçıq tikili (50 % çox), 488 nəqliyyat vasitəsi (9,3 % az) özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 301 elektron sifariş (16,6 % az) qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 61 onlayn qoşulma (37,8 % az) reallaşıb.
Ötən 11 ayda 3 177 yeni icarə müqaviləsi (13 % az) bağlanılıb. Bunlardan 758-i qeyri-yaşayış (3,9 % az), 2 419-u isə torpaq sahələrinə (15,5 % az) dair olub.