21 dekabr 2023-cü il tarixində hərraca çıxarılan nəqliyyat vasitələri arasında start qiyməti 1 800 000 manat olan gəmi diqqət çəkib.
Azərbaycanda gəmilərin sığortası bazarı 16% böyüyüb
FED.az xəbər verir ki, sözügedən gəmi "B-98" layihəli "Vixr" tipli gəmidir və buraxılış ili 1986-cı ildir.
Gəmi 36 ildir istismar olunur və istifadə olunduğu müddət ərzində gəmidə hər hansı modernləşdirmə və ya əsaslı təmir işləri yerinə yetirilməmişdir.
FED.az xəbər verir ki, gəmidə yeganə hadisə 2018-ci ildə baş vermiş yanğın hadisəsidir. Baş vermiş hadisə nəticəsində gəminin baş mühərriklərin və 1 nömrəli dizel generatorun idarəetmə sisteminin elektrik xətləri istismara yararsız hala düşmüşdür. Yanğını söndürmək üçün dəniz suyundan istifadə olunub buda gəmidən təsirsiz ötüşməyib. Dəniz suyunun təsiri nəticəsində mərkəzi idarəetmə postunda yerləşən avtomatika-idarəetmə elektrik lövhələri və xətləri sıradan çıxmışdır.
Hal hazırda qeyd edək ki, gəminin daxili elektrik lövhə və xətlərinin 50 %-i istismara yararsızdır. Göyərtəsinə gəlincə , göyərtə metalının 70%-dək sahəsinin yenilənməsinə zərurət var.
Gəminin yanğından sonraki aqibətinə gəlincə cari təmiri 2012-ci ildə, tərsanə təmiri 2017-ci ildə yerinə yetirilmişdir və yanğından sonra ixtisaslı şirkətlər tərəfindən gəmidə heç bir təmir-bərpa işləri aparılmamışdır. Vurğulamaq istəyirik ki, orta (əsaslı) və tərsanə təmirlərinin yerinə yetirilməsi iqtisadi cəhətdən elədə səmərəli deyil və maliyyə baxımından xərclidir. Son olaraq gəmi təmir olunsa belə effektiv istifadə əmsalı çox azdır.
Balanssaxlayıcı müəssisə olaraq - Azərbaycan Rrespublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi qeyd olunub. Əlaqəli şəxs isə Cəfərov Anardır əlaqə nömrəsi : 0776408424.