Dünyanın ən bahalı ticarət küçələri məlum olub.
Gürcüstanda ev və əmlaklar sürətlə bahalaşır – TBİLİSİDƏ QİYMƏTLƏR REKORD VURDU
FED.az xəbər verir ki, koronavirus pandemiyasının başlanmasından keçən 3 il ərzində riteyl – pərakəndə satış sektoru ağır sınaqlarla üzləşib və artıq dirçəlməkdədir. Amma hətta bu dövrdə də dünyanın ən yaxşı ticarət küçələrində qiymətlər nəinki azalmayıb, hətta artıb.
«Cushman & Wakefield» şirkəti 2022-ci ildə dünyanın ən bahalı ticarət küçələrinin siyahısını açıqlayıb.
Şirkətin analitikləri dünyanın 92 şəhərində küçələri və buradakı obyektlərin illik icarə qiymətlərini müqayisə ediblər. Nəticədə dünyanın ən bahalı icarə haqları olan 10 küçəsi - TOP-10 müəyyən edilib.
2022-ciildə dünyanın ən bahalı ticarət küçələri (qiymətlər 1 kvadratmetrin aylıq icarə qiyməti üzrə göstərilib):
1. Nyu-York (ABŞ), Upper 5th Avenue - €21 076
2. Honkonq (Çin), Tsim Sha Tsui - €15 134
3. Milan (İtaliya), Via Montenapoleone - €14 547
4. London (böyük Britaniya), New Bond Street - €14 346
5. Paris (Fransa), Avenue de Champs Elysees - €11 069
6. Tokio (Yaponiya), Ginza - €9 956
7. Sürix (İsveçrə), Bahnhofstrasse - €8 927
8. Sidney (Avstraliya), Pitt Street Mail - €7 624
9. Seul (Cənubi Koreya), Myeongdong - €5 973
10. Şanxay (Çin), West Nanjing Road - €5 225
Əsas məqamlar:
• Pandemiya döründə əsas ticarət küçələrində icarə haqları 13% azalsa da, növbəti illərdə 6% yüksəlib.
• ABŞ icarə haqları baxımından dünyanın ən dayanıqla regionlarından biridir, burada icarə haqları pandemiyadan əvvəlkinə nisbətə 15% yüksəkdir.
• Asiya-Sakit Okean hövzəsi ölkələrində isə sərhədlərin bağlı olması və turizmin zəifləməsi səbəbindən icarə haqları 17% azalıb.