Bu ilin yanvar ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə göstəricilər açıqlanıb.
Azərbaycanda əmlakın ən çox bahalaşdığı - RAYON/ŞƏHƏRLƏR - QİYMƏTLƏR, SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar ayı ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 31 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar ayı ərzində 4 hərrac keçirilib. Hərraclarda 29 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin yanvar ayı ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 26,1 milyon manat təşkil edib. Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,9 milyon manata yaxın və ya 23% artım deməkdir.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar ayı ərzində 51-i qeyri-yaşayış, 405-i torpaq sahəsi üzrə olmaqla 456 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 4,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 48% artım deməkdir.
Beləliklə, 2026-cı ilin yanvar ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 31 milyon manat vəsait daxil olub, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,5 milyon manata yaxın və ya 27% artım təmin olunub.










