Ötən il ölkədə daşınmaz əmlakın bütün növləri - yeni və köhnə tikili mənzillər, qeyri-yaşayış sahələri (obyektlər), torpaq sahələri və sair üzrə qiymət artımı baş verib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bahalaşma təkcə paytaxt Bakıda deyil, ölkənin əksər bölgələrində özünü göstərib. Xüsusilə də, evlərin qiymət artımı bir sıra rayonlarda nəzərə çarpacaq qədər çox olub. Regionlarda əmlak bazarı hələ tam formalaşmasa da, bazardakı bahalaşma özünü açıq göstərir.
Mənzil alıcılarını aldadan MTK-ların - «QARA SİYAHI»SI HAZIRLANA BİLƏR
Bəs regionlarda əmlak qiymətləri necədir? Ən çox bahalaşma hansı ərazilərdə olub?
Bu barədə FED.az biznes və maliyyə xəbərləri portalına açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bilirib ki, regionlarda həmişə Naxçıvan, Gəncə, Sumqayıt əmlak bazarları daha öndə olan bazarlar olub. Ekspert bu siyahıda ilk növbədə Naxçıvanı qeyd edir:
Azərbaycana Yaxın Şərqdən ən çox turist gələn ölkələr – SİYAHI
«Amma infrastruktur dəyişiklikləri, əhalinin alıcılıq qabiliyyəti baxımından qiymət artımı ən çox Naxçıvanda müşahidə olunub. Bu, həm gələcəkdə Zəngəzur dəhlizinin açılışı, həm də Naxçıvanda əmlak bazarının uzun müddət donmuş vəziyyətdə olması ilə bağlıdır».
Son illərdə Naxçıvanda baş verən fəallaşma isə bu bölgənin əmlak bazarını da canlandırıb və qiymətləri yüksəldib: «Naxçıvanda ötən il əmlak qiymətləri təxminən 18% artıb».
Azərbaycanda yeni iş yerlərinin sayı ən çox azalan rayonlar – SİYAHI
Qiymətlərin bahalaşmasına görə ikinci yeri 17% artımla Sumqayıt şəhəri, üçüncü yerdə isə Qəbələ şəhəridir. Qəbələrə ötən il əmlak qiyməti orta hesabla 15,1% bahalaşıb: «Həmin ərazidə həm mövcud turizm imkanları genişdir, həm də gələcək prespektivlər yüksəkdir»-deyə ekspert bildirir.
Bununla yanaşı, əvvəlki iki ildən fərqli olaraq 2025-ci ildə qiymət artımı nisbətən zəifləyib: «2023-2024-cü illər qiymətlərin aqressiv şəkildə artımı baş verirdi, amma 2025-ci ildə bu aqressiya dayanıb. Buna baxmayaraq ötən il yenə də daşınmaz əmlakın bütün növləri üzrə qiymət artımının şahidi olduq».
Vüqar Orucun sözlərinə görə, bölgələrdə qiymət artımı ən çox topraq sahələrində müşahidə olunub: «Torpaq sahələrinə qiymət artımı təxminən 20% ətrafında oldu. Ən zəif qiymət artımı isə köhnə tikili mənzillərdə oldu – təxminən 9,4%. Çünki köhnə tikililərin sökülməsi prosesi başlayıb və bazarda onlara tələbat aşağı düşüb. Vətəndaşlar daha çox yeni tikililərə üstünlük verirlər, nəticədə onların qiyməti təqribən 15% artıb.
Ekspert deyir ki, turizm perespektivi olan rayonlarda, eyni zamanda öz büdcəsi hesabına imkanları əldə etmə şəraiti olan və dövlət dotasiyasından daha az asılı olan rayonlarda və əhalinin daha sıx məskunlaşdığı rayonlarda daha əmlak daha sürətlə bahalaşır.
AQC sədrinin sözlərinə görə, regionlarda əmlak qiyməti bu il də bahalaşacaq: «Qiymət artımı gözlənilən regionlardan Zaqatalanı, Lənkaranı, Qubanı qeyd edə bilərik. Naftalanda əmlakın qiyməti digər rayonlara nisbətən daha yüksəkdir və getdikcə artım daha çox hiss olunacaq».
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bununla yanaşı, 2026-cı ildə regionlarda qiymət artımının zəifləyəcəyi, əvvəlki illərdəki kimi olmayacağı gözlənilir, 2027-ci ildə də eyni vəziyyət olacaq: «2026-cı il stabilləşmə və qiymət artımı dinamikasının aşağı düşməsi ilidir. 2027-ci ildə isə qiymət artımı seçici olacaq, yəni böyük layihələr həyata keçirilən və yeni infrastruktur dəyişiklikləri baş verəcək ərazilərdə qiymətlər artacaq» - deyə o, əlavə edib.
2025-ci ildə bir sıra rayonlarda daşınmaz əmlakın qiyməti və qiymət artımının dinamikası aşağıdakı cədvəldə:




![Azərbaycanda əmlakın ən çox bahalaşdığı -[red] RAYON/ŞƏHƏRLƏR - QİYMƏTLƏR, SİYAHI[/red] | FED.az](upload/news/small/426105.jpg)
![Azərbaycanda əmlakın ən çox bahalaşdığı -[red] RAYON/ŞƏHƏRLƏR - QİYMƏTLƏR, SİYAHI[/red] | FED.az](upload/news/small/3664867.png)







