«Kristal Abşeron» tikinti şirkətinin Nərimanov rayonunda metro stansiyasının yaxınlığında yerləşən yeni yaşayış kompleksində qiymətlər artırılıb.
Bakının məşhur yaşayış kompleksində - QİYMƏTLƏR AÇIQLANDI – MƏBLƏĞLƏR
Şirkətdən FED.az-a verilən məlumata görə, «City Garden Nərimanov» layihəsində hər kvadratmetr üçün qiymətlər son bir həftədə sadə mənzillər üçün 10 manat, terraslı mənzillər üçün isə 30 manat dəyərində qalxıb.
Belə ki, bir həftə əvvəl 1-5-ci mərtəbələrdə yerləşən mənzillərin qiyməti hər kvadratmetr üçün 2100 manat nəzərdə tutulurdusa, indi bu mərtəbələr üçün qiymət 2110 manatdır. Xatırladaq ki, 6-10-cu mərtəbədə qiymətlər 50 manat, 11-dən sonra isə daha 50 manat artır.
Terraslı mənzillərin qiymətində isə 30 manat artım olub. 3-cü mərtəbədə yerləşən terraslı mənzilin 1 həftə əvvəl qiyməti 2 650 manat idisə, hazırda bu qiymət 2 680 manatdır.
Kompleksdəki İkimərtəbəli villaların təmirsiz qiyməti 1 kvadratmetrə görə 3 400 manatdır.
İpoteka kreditlərinin faiz dərəcəsində isə dəyişiklik yoxdur. Bu kreditlər Beynəlxalq Bank tərəfindən təqdim edilir və illik faiz dərəcəsi 6-10% arasında dəyişir. İpoteka kreditinin faizi onun müddətindən asılı olaraq 1 ildən 20 ilə kimi dəyişir. Belə ki, kreditin müddəti 3 ilədək olanda faiz kredit 6 faizlə, kredit 5 ilə kimi olduqda 7 faizlə, 10 ilə kimi olduqda 8 faizlə, 10 ildən yuxarı olduqda isə 10 faizlə hesablanır. İpoteka kreditinin müddəti 1-20 il arası dəyişir.