Xəbər verildiyi kimi, ölkənin aparıcı tikint şirkətlərindən olan «Kristal Abşeron» Nərimanov rayonunda və eyni adlı metro stansiyasının yaxınlığında yeni yaşayış kompleksinin inşasına başlayıb.
Bakıda 6 kvadratmetrlik obyekt – SATIŞA ÇIXARILIB – QİYMƏT
FED.az xatırladır ki, təqribən 17 hektar sahədə 29 yaşayış binası inşa edilir. Kompleks Heydər Əliyev prospektinin yaxınlığında, N.Nərimanov metrostansiyasına 720 metr məsafədə yerləşir.
Şirkətdən FED.az-a verilən məlumata görə, «City Garden Nərimanov» layihəsində təmirli mənzillərin kvadratının ən aşaqı qiyməti 2100 manatdan başlayır.
Belə ki, 2100 manat qiymət yalnız 1-5-ci mərtəbələr üçündür. 6-10-cu mərtəbədə qiymətlər 50 manat, 11-dən sonra isə daha 50 manat artır.
Nəticədə, məsələn, 4-cü mərtəbədəki 106 kvadratmetrlik mənzilin qiyməti 222 min manat, 11-ci mərtəbədəki 83 kvadratmetrlik mənzilin qiyməti isə 183 min manatdır.
Amma bu qiymətlər sadə mənzillər üçündür. Terraslı və ya bağçalı mənzillərin qiyməti daha yüksəkdir. Terraslı mənzillər 3-cü mərtəbədə yerləşir və burada mənzilin 1 kvadratmetrinin qiyməti 2650 manatdır. Bu hesabla məsələn 137 kvadratmetrlik mənzilin qiyməti təqribən 363 min manatdır. Terrasların sahəsi 40 kvadratmetrdən başlayaraq 150 və daha artıq ola bilər. Amma terrasın ölçüsü mənzilin qiymətinə təsir etmir.
Bağçalı mənzilər isə 1-ci mərtəbədə yerləşir, onların kvadratmetrinin qiyməti 2 880 manat təşkil edir. Məsələn, 229 kvadratmetrlik bağçalı mənzilin satış qiyməti təqribən 658 min manatdır.
Bağçaların sahəsi 50 kvadratmetrdən başlayaraq 150 kvadratmetrədək dəyişə bilər. Amma bağçanın ölçüləri mənzilin ümumi qiymətinə təsir etmir, yəni mənzilin ümumi qiyməti yalnız mənzilin sahəsinə uyğun hesablanır. Başqa sözlə, bağçanın ölçülərindən fərqli olmayaraq eyni sahəli mənzillər eyni qiymətə satılır.
Bu nağd alış qiymətidir, mənzəlləri ipoteka ilə də almaq olur, bu zaman kredit faiz də məbləğə əlavə olunur.
İpoteka kreditləri Beynəlxalq Bank tərəfindən təqdim edilir və illik faiz dərəcəsi 6-10% arasında dəyişir. İpoteka kreditinin faizi onun müddətindən asılıdır. Kreditin müddəti 3 ilədək olanda faiz kredit 6 faizlə, kredit 5 ilə kimi olduqda 7 faizlə, 10 ilə kimi olduqda 8 faizlə, 10 ildən yuxarı olduqda isə 10 faizlə hesablanır. İpoteka kreditinin müddəti 1-20 il arası dəyişir.