16 aprel 2025-ci il tarixində saat 11:00-da "Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatının balansında olan daşınmaz əmlaklar hərraca çıxarılacaq.
Dövlət mülkiyyətinə keçirilmiş mallar - HƏRRACA ÇIXARILIR - DETALLAR
FED.az xəbər verir ki, hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) baş tutacaq.
Hərraca çıxarılacaq daşınmaz əmlaklardan biri Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 65 C, mənzil 10, giriş A ünvanında yerləşən mənzildir. Mənzilin ümumi sahəsi 218.84 kv.m, start qiyməti isə 350,000 manat olaraq müəyyən edilib. Hərracda iştirak etmək üçün beh məbləği 17,500 manat təşkil edir.
Digər əmlak isə Hacıqabul şəhəri, Hacıqabul-Şirvan Avtomobil yolunun şərqi, Mişovdağ yolu, 1-ci döngə, 3 ünvanında yerləşən qeyri-yaşayış binasıdır. Binanın ümumi sahəsi 823.5 kv.m təşkil edir. Bu əmlak üçün müəyyən edilən start qiyməti 112,000 manat, hərracda iştirak üçün tələb olunan beh məbləği isə 5,600 manatdır.
Hərracda iştirak etmək istəyən şəxslərə balanssaxlayıcı təşkilat tərəfindən satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır. Əlaqəli şəxs: Seyidov Şahin (050-235-99-90).
Əmlaklar 3-cü dəfə 30% qiyməti aşağı salınmaqla təkrar hərraca çıxarılır.
Behin köçürülməsi üçün hesab:
Vəsaiti alanın bankı: "Aqrarkredit" QSC BOKT
Kod 501587
VÖEN 1300025711
SWİFT: ACJTAZ22
Müxbir hesabı: Mərkəzi Bank: AZ45NABZ 1350100000000035944
Alan müştəri: "Aqrarkredit" QSC BOKT
Alan müştərinin hesab nömrəsi: AZ67ACJT45019192794010094401
VÖEN 1300025711