21 aprel 2025-ci il tarixində saat 11:00-da gömrük hərracı keçiriləcək.
Müflis olmuş bankların əmlakları - HƏRRACA ÇIXARILIR - QİYMƏTLƏR
FED.az xəbər verir ki, hərraca dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Satış Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) baş tutacaq.
Hərraca çıxarılan mallar iki kateqoriyaya bölünür. Birinci kateqoriya tibb, təsərrüfat və inşaat mallarıdır. Bu kateqoriyaya aid 375 adda məhsul satışa çıxarılacaq. Malların start qiyməti 18,655.55 manat təşkil edir. Hərracda iştirak etmək üçün 5% beh olaraq 932.78 manat, iştirak haqqı kimi isə 93.3 manat ödənilməlidir.
Digər kateqoriya isə elektronika mallarından ibarətdir. Burada 369 adda məhsul hərraca təqdim ediləcək. Start qiyməti 7,302.55 manat olan bu mallar üçün 5% beh məbləği 365.13 manat, iştirak haqqı isə 36.5 manat müəyyən edilib.
Hərracda iştirak etmək istəyən şəxslər əlavə məlumat üçün Əsədov İdrak (0552997673) ilə əlaqə saxlaya bilərlər.
Beh və İştirak haqqının ödənilməsi üçün hesab nömrəsi:
Hərracların Təşkili Mərkəzi PHŞ
-
VÖEN: 1505677031
-
Hesab nömrəsi: AZ23AZRT38090049440265368001
-
Alanın bankı: Azər-Türk Bank Müştəri Xidmətləri Mərkəzi
-
Ünvan: Bakı şəhəri, C.Məmmədquluzadə küç. 85; 192/193
Bank Məlumatları:
-
Bankın kodu: 507699
-
VÖEN: 9900006111
-
Müxbir hesab: AZ02NABZ01350100000000022944
-
SWIFT kod: AZRTAZ22XXX