Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların sayı açıqlanıb.
Azərbaycanın əmlakla əməliyyatlar kəskin artıb - 180 MİN ƏMLAKA «KUPÇA» VERİLİB
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən FED.az-a bildirilib ki, 2023-cü ilin ilk 5 ayı ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 20 min 565-i fərdi yaşayış və bağ evi, 38 min 325-i mənzil, 164 min 865-i torpaq sahəsi, 1265-i qeyri-yaşayış binası, 3121-i qeyri-yaşayış sahəsi, 288-i əmlak kompleksi, 46-sı isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 40 min 390-ı Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.