2023-cü ilin ilk 4 ayı ərzində Azərbaycanda 179 416 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb.
Dövlət qurumu torpaqları korlayanlara - 8 MİN MANATLIQ CƏRİMƏNİ XATIRLATDI
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə əmlakın qeydiyyat sayıv 66,8% artıb.
Hesabat dövründə Xidmət tərətərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət dinamika müşahidə olunur.
Belə ki, ilk 4 ayı ərzində qeydiyyatı aparılan əmlaklardan 27 980-i (15,6%) ilkin, 151 436-sı (84,4%) isə təkrar qeydiyyatın payına düşüb.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-aprel aylarında ilkin qeydiyyat 6,2% artıb.
Qeyd edək ki, təkrar qeydiyyat – əmlakın alqı-satqısı, bağışlanması və sair səbəblərdən yenidən qeydiyyata alınmasıdır.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların sayı
2023-cü ilin ilk 4 ayı ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 15.623-ü fərdi yaşayış və bağ evi, 29.834-ü mənzil, 130.282-si torpaq sahəsi, 1015-i qeyri-yaşayış binası, 2409-u qeyri-yaşayış sahəsi, 213-ü əmlak kompleksi, 40-ı isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 30.829-u Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
Bu ilin ilk 4 ayında 149.541 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 76,2% çoxdur. 2023-cü ilin yanvar-aprel ayları ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,1% artaraq 24.769 olub.