Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 26-da saat 15:00-da hərrac keçiriləcək.
"Azərbaycan Beynəlxalq Bankı"na məxsus binalar - HƏRRACDA SATILIR
FED.az xəbər verir ki, hərraca torpaq sahələri çıxarılacaq. Müsabiqələr üçün ərizə qəbulu 27 oktyabr – 24 noyabr tarixləri arasında aparılacaq.
Ümumilikdə 21 torpaq sahəsi satış və icarə üçün təklif olunur. Torpaq sahələri Mingəçevir, Yevlax, Salyan, Sabirabad, Ağdam, Tərtər, Goranboy, Şəmkir, Ağstafa, Masallı, Ağsu, Şəki və Qəbələ rayonlarını əhatə edir.
Ən kiçik torpaq sahəsi 27 kvadratmetr olmaqla Masallı rayonunun Musaküçə kəndində yerləşir və sahibkarlıq məqsədilə satışa çıxarılıb. Ən böyük sahə isə 57,85 hektar olmaqla Sabirabad rayonunun Məmişlər kəndində icarəyə təklif olunur.
Torpaqlar əsasən kənd təsərrüfatı (əkin və heyvandarlıq), sahibkarlıq və fərdi yaşayış evi tikintisi məqsədləri üçün təyin olunub. Start qiymətləri torpaqların təyinatına və yerləşdiyi zonaya görə dəyişir. Ən aşağı ilkin qiymət 100 manat, ən yüksək isə 15 600 manat təşkil edir.
Ən yüksək dəyər fərqi gözlənilən sahələr fərdi yaşayış və sahibkarlıq məqsədli torpaqlardır. Məsələn, Qəbələ rayonunun Cığatelli bələdiyyəsinə aid 1200 kv.m torpaq sahəsi 475,3 manat normativ qiymətlə satışa çıxarılır, lakin ilkin hərrac qiyməti 15 600 manat müəyyən edilib. Bu, startla yekun arasında ən böyük qiymət fərqi olan torpaqlardan biridir.
Torpaqların böyük əksəriyyəti (21 sahədən 17-si) icarəyə verilir, qalanları isə birbaşa satılacaq. İcarə müddətləri əsasən 15 və 20 il aralığındadır.
26 noyabr 2025-ci il tarixində saat 15:00-da torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi haqqında məlumat:
| Torpaq müsabiqə və hərracları 26 noyabr 2025-ci il saat 15:00-da keçiriləcəkdir. | ||||||||||
| (Ərizələr 27 oktyabr - 24 noyabr 2025-ci il tarixlərində qəbul edilir) |
| Sıra № si | Torpağı müsabiqə və ya hərraclara çıxaran hüquqi şəxs (yerli icra hakimiyyəti, bələdiyyə) | Müsabiqə və ya hərrac | Müsabiqə və ya hərracın keçirildiyi yer və əlaqə telefonu | Müsabiqə və ya hərraca çıxarılan torpaq sahəsi və satıcı ilə bağlanacaq müqavilənin layihəsi ilə tanış olma tarixi, vaxtı və ünvanı | Sahəsi (kv.m və ya ha.), satılır və ya icarəyə verilir (icarə ili) | Satışda-normativ qiymət, icarədə icarə haqqının aşağı həddi (manatla) | Hərracda ilkin qiymət, hərrac addımı və ya müsabiqədə qiymət, icarədə bir illik icarə haqqı (manatla) | Hansı məqsəd üçün satılır və ya icarəyə verilir | Kateqoriya, uqodiya (təsərrüfat yeri) növü, keyfiyyət qrupu, şəhərlərdə və rayon mərkəzlərində zona | Torpaq üzərində hüququ təsdiq edən sənədin nömrəsi |
| 1 | Mingəçevir şəhəri Mingəçevir Bələdiyyəsi | Hərrac | ƏMDX-nin Mingəçevir ərazi şöbəsi, Mingəçevir şəhəri, H.Əliyev pros. 26/11 Tel:(024) 274 45 00 | 25 noyabr 2025-ci il tarixinədək Mingəçevir ərazi şöbəsi | 150 kv.m İcarə (20 il) | 112,50 | 1500.00 150.00 | Sahibkarlıq | Yaşayış məntəqələrinin torpaqları | 902012000941 |
| 2 | Yevlax rayonu Qaraməmmədli Bələdiyyəsi (Qaraməmmədli kəndi) | Hərrac | ƏMDX-nin Mingəçevir ərazi şöbəsi, Mingəçevir şəhəri, H.Əliyev pros. 26/11 Tel:(024) 274 45 00 | 25 noyabr 2025-ci il tarixinədək Mingəçevir ərazi şöbəsi | 10 ha İcarə (15 il) | 10,08 | 1070.00 107.00 | Kənd təsərrüfatı (heyvandarlıq) | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup örüş | 901012001999 |
| 3 | Salyan rayonu Arbatan bələdiyyəsi (Marışlı kəndi) | Hərrac | ƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 98 | 25 noyabr 2025-ci il tarixinədək Şirvan ərazi şöbəsi | 1.3 ha icarə (15 il) | 1,50 | 130.00 13.00 | Kənd təsərrüfatı (heyvandarlıq) | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 47 örüş | 809012003619 |
| 4 | Sabirabad rayonu Qaralar bələdiyyəsi (Əsədli kəndi) | Hərrac | ƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 98 | 25 noyabr 2025-ci il tarixinədək Şirvan ərazi şöbəsi | 27.59 ha icarə (15 il) | 32,60 | 2759.00 276 | Kənd təsərrüfatı (heyvandarlıq) | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 51 örüş | 909012002059 |
| 5 | Sabirabad rayonu Qaralar bələdiyyəsi (Qaralar kəndi) | Hərrac | ƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 98 | 25 noyabr 2025-ci il tarixinədək Şirvan ərazi şöbəsi | 42.8 ha icarə (15 il) | 50,50 | 4280.00 428.00 | Kənd təsərrüfatı (heyvandarlıq) | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 51 örüş | 909012002062 |
| 6 | Sabirabad rayonu Qaralar bələdiyyəsi (Əsədli kəndi) | Hərrac | ƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 98 | 25 noyabr 2025-ci il tarixinədək Şirvan ərazi şöbəsi | 40.81 ha icarə (15 il) | 48,20 | 4081.00 408.00 | Kənd təsərrüfatı (heyvandarlıq) | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 51 örüş | 909012002080 |
| 7 | Sabirabad rayonu Qaralar bələdiyyəsi (Məmişlər kəndi) | Hərrac | ƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 98 | 25 noyabr 2025-ci il tarixinədək Şirvan ərazi şöbəsi | 57.85 ha icarə (15 il) | 68,30 | 5785.00 579.00 | Kənd təsərrüfatı (heyvandarlıq) | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 51 örüş | 909012002081 |
| 8 | Sabirabad rayonu Qaralar bələdiyyəsi (Məmişlər kəndi) | Hərrac | ƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 98 | 25 noyabr 2025-ci il tarixinədək Şirvan ərazi şöbəsi | 4.92 ha icarə (20 il) | 54,30 | 1255.00 126.00 | Kənd təsərrüfatı məhsullarının istehsalı | Ehtiyat fondu torpaqları II qrup Bonitet balı 65 əkin | 909012002082 |
| 9 | Ağdam rayonu Quzanlı Bələdiyyəsi (Çullu kəndi) | Hərrac | ƏMDX-nin Bərdə ərazi şöbəsi, Bərdə şəhəri, H.Əliyev pr, 393 Tel: (020) 205 27 77 | 25 noyabr 2025-ci il tarixinədək Bərdə ərazi şöbəsi | 804 kv.m Satılır | 158.00 | 4824.00 482.40 | Fərdi yaşayış evi | Yaşayış məntəqələrinin torpaqları I qrup Bonitet balı 100 | 609012000687 |
| 10 | Tərtər rayonu Qaradağlı Bələdiyyəsi (Kəbirli kəndi) | Hərrac | ƏMDX-nin Bərdə ərazi şöbəsi, Bərdə şəhəri, H.Əliyev pr, 393 Tel: (020) 205 27 77 | 25 noyabr 2025-ci il tarixinədək Bərdə ərazi şöbəsi | 400 kv.m Satılır | 42.24 | 4000.00 400.00 | Fərdi yaşayış evi | Yaşayış məntəqələrinin torpaqları | 611012000766 |
| 11 | Goranboy rayonu Hazırəhmədli Bələdiyyəsi (Sarov kəndi) | Hərrac | ƏMDX-nin Bərdə ərazi şöbəsi, Bərdə şəhəri, H.Əliyev pr, 393 Tel: (020) 205 27 77 | 25 noyabr 2025-ci il tarixinədək Bərdə ərazi şöbəsi | 4 ha İcarə (20 il) | 21,60 | 1000.00 100.00 | Kənd təsərrüfatı məhsullarının istehsalı | Kənd təsərrüfatı təyinatlı torpaqlar II qrup əkin | 509012002206 |
| 12 | Goranboy rayonu Tapqaraqoyunlu Bələdiyyəsi (Tapqaraqoyunlu kəndi) | Hərrac | ƏMDX-nin Bərdə ərazi şöbəsi, Bərdə şəhəri, H.Əliyev pr, 393 Tel: (020) 205 27 77 | 25 noyabr 2025-ci il tarixinədək Bərdə ərazi şöbəsi | 10 ha İcarə (15 il) | 7,20 | 1100.00 110.00 | Kənd təsərrüfatı (heyvandarlıq) | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup örüş | 509012002224 |
| 13 | Şəmkir rayonu Zəyəm Bələdiyyəsi (Zəyəm qəsəbəsi) | Müsabiqə | ƏMDX-nin Qazax ərazi şöbəsi, Tovuz şəhəri, Şəhriyar küçəsi 3, Tel:(022) 315 43 19 | 25 noyabr 2025-ci il tarixinədək Qazax ərazi şöbəsi | 11.8383 ha İcarə (20 il) | 54,68 | 1960,00 | Kənd təsərrüfatı məhsullarının istehsalı | Ehtiyat fondu torpaqları IV qrup Bonitet balı 36 əkin | 504012005505 |
| 14 | Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyəsi (Dağ Kəsəmən kəndi) |
Hərrac | ƏMDX-nin Qazax ərazi şöbəsi, Tovuz şəhəri, Şəhriyar küçəsi 3, Tel:(022) 315 43 19 | 25 noyabr 2025-ci il tarixinədək Qazax ərazi şöbəsi | 6.12 ha İcarə (15 il) |
34,11 | 673.20 20.00 |
Kənd təsərrüfatı məhsullarının istehsalı | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 43 örüş | 502012001258 |
| 15 | Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyəsi (Dağ Kəsəmən kəndi) |
Hərrac | ƏMDX-nin Qazax ərazi şöbəsi, Tovuz şəhəri, Şəhriyar küçəsi 3, Tel:(022) 315 43 19 | 25 noyabr 2025-ci il tarixinədək Qazax ərazi şöbəsi | 16.85 ha İcarə (15 il) |
93,9 | 1853.50 20.00 |
Kənd təsərrüfatı məhsullarının istehsalı | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 43 örüş | 502012001259 |
| 16 | Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyəsi (Dağ Kəsəmən kəndi) |
Hərrac | ƏMDX-nin Qazax ərazi şöbəsi, Tovuz şəhəri, Şəhriyar küçəsi 3, Tel:(022) 315 43 19 | 25 noyabr 2025-ci il tarixinədək Qazax ərazi şöbəsi | 2.4 ha İcarə (15 il) |
13,37 | 264.00 20.00 |
Kənd təsərrüfatı məhsullarının istehsalı | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 43 örüş | 502012001260 |
| 17 | Masallı rayonu Musaküçə Bələdiyyəsi (Musaküçə kəndi) | Hərrac | ƏMDX-nin Cəlilabad şöbəsi, Cəlilabad şəhəri, H.Əliyev prospekti Tel:(151) 5 50 03 | 25 noyabr 2025-ci il tarixinədək Cəlilabad ərazi şöbəsi | 27 kv.m Satılır | 2,83 | 1300.00 130.00 | Sahibkarlıq | Yaşayış məntəqələrinin torpaqları | 805012001883 |
| 18 | Ağsu rayonu Növcü Bələdiyyəsi (Ərəbmehdibəy kəndi) | Hərrac | ƏMDX-nin Şamaxı ərazi şöbəsi, Şamaxı şəhəri, H.Məmmədov küç 97 Tel:(020) 2651076 |
25 noyabr 2025-ci il tarixinədək Şamaxı ərazi şöbəsi | 6 ha İcarə (15 il) | 14,16 | 660.00 33.00 | Kənd təsərrüfatı məhsullarının istehsalı | Kənd təsərrüfatı təyinatlı torpaqlar IV qrup Bonitet balı 30 əkin | 409012001459 |
| 19 | Şəki rayonu Qoxmuq Bələdiyyəsi (Qoxmuq kəndi) | Hərrac | ƏMDX-nın Şəki ərazi şöbəsi Şəki şəhəri H.Əliyev prospekti 9A 024-244-26-10 |
25 noyabr 2025-ci il tarixinədək Şəki ərazi şöbəsi | 1 ha İcarə (15 il) | 10,80 | 255.00 13.00 | Kənd təsərrüfatı məhsullarının istehsalı | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 49 Əkin | 404012007247 |
| 20 | Şəki rayonu Qoxmuq Bələdiyyəsi (Qoxmuq kəndi) | Hərrac | ƏMDX-nın Şəki ərazi şöbəsi Şəki şəhəri H.Əliyev prospekti 9A 024-244-26-10 |
25 noyabr 2025-ci il tarixinədək Şəki ərazi şöbəsi | 4000 kv.m İcarə (15 il) | 4,32 | 100.00 5.00 | Kənd təsərrüfatı məhsullarının istehsalı | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 49 Əkin | 404012007052 |
| 21 | Qəbələ rayonu Cığatelli Bələdiyyəsi (Həmzəli kəndi) |
Hərrac | ƏMDX-nin Qəbələ ərazi şöbəsi, Qəbələ rayonu, Z.Əliyeva küç 6 Tel: (024) 205 45 56 |
25 noyabr 2025-ci il tarixinədək Qəbələ ərazi şöbəsi | 1200 kv.m Satılır | 475,30 | 15600.00 780.00 | Fərdi yaşayış evi | Yaşayış məntəqələrinin torpaqları | 406012002016,00 |
| Qeyd: Müsabiqə və hərraca çıxarılmış bələdiyyə torpaqları ilə bağlı məlumat almaq üçün müvafiq bələdiyyəyə müraciət oluna bilər. | ||||||||||












