Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 27 noyabr 2025-ci il tarixində saat 10:00-da hərrac keçiriləcək.
Ləğv prosesində olan bankın mənzili hərraca çıxarılır - QİYMƏT
FED.az xəbər verir ki, hərracda "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan qeyri-yaşayış binaları alıcılara təqdim olunacaq.
Hərraca çıxarılan daşınmaz əmlaklar arasında Şamaxı şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi 85 ünvanında yerləşən qeyri-yaşayış binası da var. Bina 273,2 kv.m ümumi sahəyə malikdir və 0,0233 hektar torpaq sahəsi ilə birlikdə təklif olunur. Bu əmlakın ilkin satış qiyməti 186 385 manat, hərraca qatılmaq üçün ödənilməsi tələb olunan 10% beh məbləği isə 18 638,50 manat təşkil edir.
Digər əmlak isə Ağdaş şəhəri, Heydər Əliyev prospekti 190 ünvanındakı qeyri-yaşayış binasıdır. Bu bina 191,8 kv.m ümumi sahəyə malik olub, 0,0429 hektar torpaq sahəsi ilə birgə satılır. İlkin satış qiyməti 210 022 manat, beh məbləği isə 21 002,20 manatdır.
Behin köçürülməsi üçün hesab:
Sifarişçi: | “ABB” ASC |
Ünvanı: | AZ1005, Bakı şəhəri, Nizami küçəsi, 67 |
VÖEN: | 9900001881 |
H/H: | AZ82IBAZ34501149440000100100 |
Bank: | “ABB” ASC |
Bankın VÖEN-i: | 9900001881 |
Kod: | 805250 |
M/H: | AZ03NABZ01350100000000002944 |
S.W.İ.F.T: | IBAZAZ2X |