02 fevral 2024-cü il tarixində hərraca çıxarılan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin balansında olan daşınmaz əmlakların siyahısı açıqlanıb.
2024-cü ilin yanvarında 20 dövlət əmlakının - HƏRRACI KEÇİRİLƏCƏK
FED.az xəbər verir ki, daşınmaz əmlaklara baxış hərracın keçirilmə tarixinədək hər həftənin cümə günü saat 10:00-12:00-a kimi keçirilir.
Beh “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin aşağıdakı hesabına köçürülməlidir.
Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər :
Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.