Birvaxtlar Bakının ən məşhur ticarət və əyləncə mərkəzlərindən olan “Elite” maliyyə böhranı yaşayır.
Eləcə də bax: Azərbaycanda girov qoyulan əmlaklar – KƏSKİN ARTDI - ƏMLAKLAR, REGİONLAR - AÇIQLANDI
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərkəzin rəhbərliyi dövlətə olan vergi borcunu ödəyə bilmədiyi üçün əmlakları hərraca çıxarılacaq.
Bununla bağlı Dövlət Vergi Xidməti Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İddiada qeyd olunub ki, "Elite İnternational Management" MMC-nin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlaklar açıq hərracda satılsın.
“Elite”in 122 min manatdan çox ödənilməmiş borcu var.
Qeyd edək ki, mərkəzin rəhbəri türkiyəli iş adamı Ali Evsendir. O, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır.
"Elite İnternational Management" Evsen Şirkətlər qrupuna daxildir. Holdinqin tərkibinə "Elite"lə yanaşı, Şamaxıda televizor fabriki, 4 ulduzlu otel, "Elite Metropolitan" mebel mağazası, "Queen" Əyləncə Mərkəzi, Ocaqbaşı restoranı daxildir. "Evsen Group" eyni zamanda beynəlxalq ticarət və "Peguot" markalı avtomobillərin idxalı ilə də məşğuldur.