Əvvəlki dövrlə müqayisədə 2023-cü ildə torpaq sahələri üzrə ən kəskin qiymət artımı 43% olmaqla Nəsimi rayonundaqeydə alınıb.
Bakıda ən bahalı yaşayış mənzilləri haradadır? – RƏQƏMLƏR, ARAŞDIRMA
FED.az xəbər verir ki, bank sektorunun lideri olan ABB araşdırma aparıb.
Nərimanov rayonunda torpaq qiymətində 5% azalma qeydə alınıb.
Bundan başqa Yasamal, Səbail və Nizami rayonunda bahalaşma qeydə alınıb. Xətai rayonunda dəyişiklik olmayıb.
Qeyd edək ki, bu rayonlar üzrə torpaq sahəsinin qiyməti hər sot üçün 35 min manatdan yüksək olub.
35 min manatdan aşağı rayonlara gəlincə Ən çox bahalaşma Sabunçu rayonunda qeydə alınıb. 2022-ci il ilə müqayisədə yalnız Qaradağ rayonunda torpaq qiymətində azalma müşahidə edilir.
Binəqədi, Xəzər, Suraxanı və Abşeronda da bahalaşma qeydə alınıb.